Azərbaycanda daha bir məşhur veriliş bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir məşhur veriliş bağlandı

Sosial

28 Aprel 2026 14:18 368


Azərbaycanda daha bir verilişin yayımı dayandırılıb.

"MTV Azərbaycan" kanalında müğənni Kərim Abbasovun aparıcılıq etdiyi "Meqa şou" verilişi bağlanıb.

Ötən həftə verilişin təkrar buraxılışları yayımlansa da, yeni həftədən proqramın yayımı dayandırılıb.

Məlumata görə, verilişin bağlanmasına səbəb büdcənin yetərsiz olması olub.

Müğənninin meneceri Rusif Hüseynov faktı AZXEBER.COM-a təsdiqləyib:

"Təəssüf ki, xəbər doğrudur. Kərim Abbasovun "Meqa şou" verilişi artıq yayımını dayandırıb. Düzdür, büdcə ilə bağlı problemlər olsa da, verilişin bağlanması bir az da bizim işlərimiz ilə bağlı oldu. Çünki hər dəfə verilişin yayım saatı dəyişdirilirdi, tədbirlərimizlə üst-üstə düşürdü. Buna görə də yayımı dayandırmaq qərarı verdik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!