Cari ilin ilk 8 ayı ərzində ölkədə 64 min 300 ton duz tədarük olunub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 17,5 % artım deməkdir.
“Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, təkcə avqust ayı üzrə istehsal göstəricilərində azalma müşahidə edilib. Belə ki, həmin ayda 4 min 643 ton duz istehsal olunub ki, bu da ötən ilin avqust göstəricisindən 35 % azdır.
Sentyabr ayının 1-ə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında 22,3 min ton hazır duz ehtiyatı toplanıb. pizza
Müqayisə üçün qeyd edək ki, 2025-ci il ərzində ölkə üzrə ümumilikdə 85 min 389 ton duz istehsal olunmuşdu. Həmin göstərici isə 2024-cü illə müqayisədə 4,5 % geriləməyə işarə edirdi.
Cəlalə
Telegram kanalımız