İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sentyabrın 15-də təşkil etdiyi hərracda 14 nəqliyyat vasitəsi özünə yeni sahib tapıb. Satılan mülklərdən 13-ü avtomobil, 1-i isə gəmidir.
“Yeni Sabah” xəbər verir ki, hərracda ən baha satılan əmlak “Point Brower D” markalı gəmi olub. Həmin nəqliyyat vasitəsi 115 000 manata özgəninkiləşdirilib.
Nəqliyyat vasitələri üzrə hərrac nəticələri: pizza mizza
“Volkswagen Polo”: Start qiyməti 4 500 manat olsa da, rəqabət nəticəsində 6 600 manata satılıb.
“Land Rover Freelander”: İlkin qiyməti 6 750 manat təyin olunan avtomobil 7 200 manata alıcı tapıb.
“Point Brower D” gəmisi: Satış qiyməti 115 000 manat təşkil edib.
Satılmış digər nəqliyyat vasitələrinin tam siyahısı ilə Dövlət Xidmətinin rəsmi portalında tanış olmaq mümkündür.
Xatırladaq ki, növbəti dövlət əmlakı hərracları sentyabrın 22-si və 29-da baş tutacaq. İştirak etmək istəyən şəxslər “emlak.gov.az” və “auksion.gov.az” saytları üzərindən seçim edə bilərlər.
Telegram kanalımız