Azərbaycanda   maaşlar artdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda maaşlar artdı

Sosial

11 Avqust 2026 12:12 165


2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 787,4 min nəfər təşkil edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Onlardan 844,6 min nəfəri dövlət, 942,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla çalışanların 18,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 17,8 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışıb. Dördpendirli pizza

İşçilərin 6,7 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində işləyib. Digər sahələrin payı isə 15,1 faiz olub.

Bundan başqa, 2026-cı ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq 1174,4 manata yüksəlib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!