Azərbaycanda metallurgiya sənayesinin inkişafı və emal zəncirinin yaradılması istiqamətində iri infrastruktur layihələri gerçəkləşdirilir.
“Yeni Sabah” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib. Dövlət başçısı Balakəndəki "Filizçay" yatağının perspektivinə və "AzerGold"un rolu ilə bağlı məsələlərə xüsusi toxunub:
"Növbəti istiqamət Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağıdır. Bu yataq qeydi etdiyim kimi, çox perspektivlidir və artıq bir neçə ildir ki, “AzerGold” şirkəti bu yatağın istismara hazırlanması ilə bağlı işlər görür. Hesab edirəm ki, tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalıdır və yekun investisiya qərarı da qəbul edilməlidir. Mən hesab edirəm ki, “AzerGold” bu yatağın 100 faiz səhmdarı olmalıdır." Pepperoni pizza
Ölkə başçısı həmçinin Qərb Sənaye Parkının yaradılması, "Daşkəsən" filiz yatağının istismarı və alüminium istehsalının 100 min tona çatdırılması istiqamətində görüləcək işləri də diqqətə çatdırıb.
Nazim Hacıyev
Telegram kanalımız