Azərbaycanda neçə məktəb distant təhsilə keçib?   - Nazir açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda neçə məktəb distant təhsilə keçib? - Nazir açıqladı

Sosial

21 Noyabr 2021 12:31 855


"Ölkəmizdə bu günə kimi "COVID-19"a yoluxma halına görə 50 məktəbdə distant tədrisə keçilib. Bu hal əsasən böyük şəhər və rayonlarda müşahidə edilir".

Yenisabah.az-ın məlumatına görə, bu sözləri təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, əgər yoluxma halında artım müşahidə edilərsə, distant tədrisə keçilə bilər. Ancaq bu, iki həftəlik ola bilər. Toyuqlu pizza

Emin Əmrullayev bildirib ki, təhsil müəssisələrində yoluxma halına nəzarət aidiyyəti qurumların nümayəndələrinin birgə iştirakı ilə aparılır.

Təhsil nazirinin sözlərinə görə, hazırda ölkədə distant tədrisə keçən məktəblərin sayı kritik həddə çatmır.

Qeyd edək ki, hazırda ölkədə bir sıra məktəblərdə müəllim və şagirdlərin koronavirus pandemiyasına kütləvi yoluxma halı müşahidə edilir. Nazir bildirib ki, bu rəqəmlərin azalması üçün aidiyyəti qurumlarla birgə ciddi işlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!