Azərbaycanda pensiyaçıların sayı azalır - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda pensiyaçıların sayı azalır - SƏBƏB

Sosial

27 Avqust 2026 15:26 214


Bu ilin iyul ayının biri vəziyyətinə görə, Azərbaycanda pensiyaçıların sayı 1 milyon 99 min 979 nəfər olub.

Pensiyaçıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 min 335 nəfər və ya 0,3 % azalıb. Belə ki, ötən ilin bir iyul tarixinə ölkədəki pensiyaçıların sayı 1 milyon 103 min 314 nəfər idi.

Qeyd edək ki, Azərbaycanda həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 65 yaş müəyyən edilib.Pensiyaçıların sayının azalmasında pensiya yaşının artırılmasının rolu nə qədərdir? Sezar pizza

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cebheinfo.az”-a bildirib ki, pensiyaçıların sayına təsir göstərən müxtəlif faktorlar var:

“Son bir ildə müqayisəli təhlillər onu göstərir ki, xüsusilə azalma müşahidə olunan əsas istiqamət, məhz ailə başçılarını itirməyə görə pensiyaçıların sayında azalmadır. Bu da əsasən bir faktordan qaynaqlanır.

Belə ki, kişilərə münasibətdə orta ömrün qismən artması və 2020-2023-cü illərdə müşahidə edilən orta ömürdə azalma tendensiyasının zəifləməsi və kişilərdə orta yaş həddinin nisbətən artması istiqamətində meyillər bu kateqoriyaya daxil olan pensiyaçıların sayının azalmasına gətirib çıxarır.

Ancaq eyni zamanda ümumilikdə götürdükdə tendensiyaya təsir göstərən ikinci mühüm faktor təbii ki, öz növbəsində pensiya yaşı ilə əlaqədardır. Qadınların pensiya yaşı hər il 6 ay olmaqla artırılırdı. İl ərzində təxminən 40 min nəfərə pensiya təyin edilir ki, onların 24-25 min nəfəri qadınlardır.

6 ay ərzində gecikmə isə hər növbəti ildə 12000-12500 nəfər daha az qadına pensiyanın təyin edilməsinə gətirib çıxarır. Nəticədə bu göstərici də özlüyündə pensiyaçıların sayının dinamikasında öz əksini tapır.

Yəni yaşın artırılması ilə bağlı bu 6 aylıq qərar olmasaydı, bu halda ilk 6 ayda pensiyaya çıxan qadınların sayı 12 000 və daha çox olardı.

Dolayısı ilə ailə başçısının itirilməsinə görə, təyin edilmiş pensiyaların sayında müşahidə edilən təxminən 3 min ətrafında azalma, ümumi pensiyaçıların sayının azalmasına gətirib çıxarmaya bilərdi. Yəni burada əsasən iki istiqamətdə təzyiqlər müşahidə edilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!