Azərbaycanda “Pfizer” vaksini niyə qıtdır?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda “Pfizer” vaksini niyə qıtdır?

Sosial

12 Avqust 2021 17:52 1788


Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesində əsasən “Sinovac” preparatından istifadə olunur. 5 növ vaksin arasından “Pfizer”ə üstünlük verənlərin istəkləri boşa çıxır. Poliklinika və xəstəxanada həmin vaksinin olmadığı, yaxud az olduğu deyilir, növbəyə yazılma tələb edilir.

Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Yenisabah.az-a bildirib ki, bütün dünyada vaksin tələbatının artması ucbatından “Pfizer”dən hissə-hissə istifadə edirlər:

“Hazırda bütün dünya peyvənd axtarışındadır. Ola bilər ki, hazırda ölkəmiz istədiyi qədər “Pfizer” vaksini ala bilməyib. Buna görə də ondan hissə-hissə istifadə edirlər. Çünki hər bir insana 2 doza vurulur”. pizza hut

Həkim “Pfizer”in saxlanılması üçün bütün xəstəxanalarda şəraitin olmadığını da nəzərə çatdırıb:

“Pfizer vaksinini saxlamaq üçün “soyuqzəncir” deyilən bir şey var. Səhv etmirəmsə, onu -70 dərəcə də saxlamaq lazımdır. “Sinovac”ın bütün xəstəxanalarda olmasının səbəbi isə onu müsbət 2 dərəcəyə qədər saxlamağın mmkünlüyüdür. Lakin “Pfizer” üçün dərin dondurucu lazımdır”.

Nəzrin Vahid

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!