Azərbaycanda şagird 3-cü sinfi bitirməmiş 4-cü sinfə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda şagird 3-cü sinfi bitirməmiş 4-cü sinfə keçdi

Sosial

02 Fevral 2024 09:35 544


Sumqayıtda 8 yaşlı şagird 3-cü sinfi bitirməmiş 4-cü sinfə keçirilib. 

Yenisabah.az “Xəzər xəbər"ə istinadən bildirir ki, söhbət Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Fərid Babayevdən gedir. 

Onun ölkə daxilində keçirilən müxtəlif olimpiadalarda 50-yə yaxın qələbəsi var.  Dominos pizza

O, həm ilkin, həm də final mərhələsində 100%-lik nəticə ilə qızıl medal qazanıb. F. Babayev eyni zamanda ABŞ Riyaziyyat Olimpiadasında da qızıl medal qazanıb və bu uğuruna görə yayda Sinqapurda keçiriləcək olimpiadaya dəvət alıb. 

Elm və Təhsil Nazirliyinin qərarı ilə Fərid 3-cü sinifi tam başa vurmadan, əldə etdiyi uğurlara görə, ikinci yarımildən təhsilini 4-cü sinif şagirdi kimi davam etdirir. 

Daha ətraflı videomaterialda: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!