2026-cı ilin yanvar-avqust aylarında ölkədə avtomobil nəqliyyatı ilə 1 milyard 339 milyon 300,4 min sərnişin daşınıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz çoxdur.
“Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sərnişinlərin əsas hissəsi avtobuslardan istifadə edib - 1 milyard 281 milyon 95,7 min sərnişin (11,0 faiz artım). Taksi xidmətlərindən istifadə edənlərin sayı isə 6,9 faiz artaraq 58 milyon 204,7 min nəfərə çatıb.
Digər nəqliyyat növləri arasında ən kəskin artım dəmir yolunda qeydə alınıb. Belə ki, dəmir yolu nəqliyyatı ilə 7 milyon 329,0 min sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövründən 18,0 faiz çoxdur. pizza mizza
Həmçinin metro ilə 141 milyon 587,2 min (0,7 faiz artım), hava nəqliyyatı ilə 2 milyon 889,2 min (6,2 faiz artım) və dəniz nəqliyyatı ilə 19,0 min sərnişin (10,5 faiz artım) mənzil başına çatdırılıb.
Telegram kanalımız