Azərbaycanda silahı necə əldə etmək olar?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda silahı necə əldə etmək olar?

Sosial

10 Yanvar 2024 16:54 1296


“Əhalisinin sayı 10 milyondan çox olan bir ölkədə vətəndaşlardan bu qədər silahın toplanması təəccüblü deyil”. 

Bu fikirləri “Yeni Sabah”a hüquqşünas Şəmsəddin Əliyev vətəndaşlardan müsadirə edilən silahlarla bağlı danışarkən bildirib. Onun sözlərinə görə, əhalidən yalnız qanunsuz şəkildə əldə olunan silahlar toplanır: 

“Məlumdur ki, bu xalq 30 il müharibə şəraitində yaşayıb. Həmin vaxtlarda həm lokal, həm də partizan döyüşləri baş verib. Əhali özü də onlardan qorunmaqü üçün ordan-burdan silah əldə edib. Azərbaycanın təbiətini nəzərə alsaq, insanlarda ov silahları da mövcuddur. Qadağan olunmayan dövrlərdə ovla məşğul olmaq istəyən şəxs silah əldə etmək üçün müvafiq qurumlardan icazə almalıdır.  Toyuqlu pizza

Qanuni silahlar insanlardan müsadirə oluna bilməz. Sahibi sağdırsa və silahı qanuni əsaslarla əldə edibsə, onu insandan almaq olmaz. Yalnız qeyri-leqal şəkildə əldə olunan silahlar hüquq-mühafizə orqanları tərəfindən toplanır. İnsan dünyasını dəyişdikdən sonra silah başqasının adına keçmədikdə də odlu silahlar müsadirə edilə bilər”. 

Hüquqşünas qanuni formada silah əldə etmək barədə də danışıb: 

“Leqal şəkildə silah əldə etmək üçün aidiyyatı qurumlardan icazə sənədləri almaq mütləq məsələdir. Əgər bu ov silahıdırsa, Ovçular Cəmiyyəti tərəfindən müvafiq vəsiqə alınmalıdır. Odlu silahdırsa, Daxili İşlər Nazirliyinə məsələ barədə müraciət etmək lazımdır. Bu müraciətdən sonra müəyyən kriteriyalara sahib olan şəxslər silah əldə etmək üçün icazə sənədi ala bilərlər. İcazə olmadığı təqdirdə silah əldə etmək qanunla qadağandır”. 

 Ekspert silahların müsadirə olunmasının nə zaman başa çatacağını açıqlayıb: 

“Müharibə dönəmi artıq geridə qaldı. Həmçinin, dövlətimizin suverenliyi bərpa olunub. Ölkəmizin nüfuzu beynəlxalq aləmdə günü-gündən artmaqda davam edir. Seçkiyə gedirik. Belə həssas dönəmdə vətəndaşların qanunsuz şəkildə silah-sursat saxlaması və daşıması ağır nəticələrə səbəb ola bilər.

Daxili İşlər Nazirliyi tərəfindən silahların polisə təhvil verilməsi haqda əhaliyə edilən çağırışın bu mənada böyük rolu var. Könüllü şəkildə təhvil verilmə prosesi ilə vətəndaşların hər hansı bir məsuliyyətdən azad edilməsi olduqca effektiv addımdır. Düşünürəm ki, bu proses 500 nəfərdə qanuni şəkildə silah qalanadək davam etməlidir”. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!