Azərbaycanda təxminən 814 mindən çox şəxs piylənmədən əziyyət çəkir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda təxminən 814 mindən çox şəxs piylənmədən əziyyət çəkir

Sosial

12 İyun 2026 09:57 236


Azərbaycanda 2025-ci ildə təxminən 814 mindən çox 15 yaş və yuxarı şəxs həddən artıq piylənmədən (bədən çəkisinin orta əmsalı 30-dan yuxarı olması) əziyyət çəkib.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu göstərici kişilər arasında 9,3 faiz, qadınlar arasında isə 10,6 faiz olub. ShopByBro

Ölkədə ümumi sayı 797 700 nəfər təşkil edən 15–19 yaşlılar arasında həddən artıq piylənmə 0,7 faiz, 20–44 yaş qrupunda (ümumi sayı 649 200 nəfər) 4,3 faiz, 45–64 yaş qrupunda (2 408 100 nəfər) 16,4 faiz, 65 və yuxarı yaşlı əhali arasında (1 012 300 nəfər) isə 19,3 faiz təşkil edib.

Məlumata görə, 15–19 yaş qrupunda bu göstərici oğlanlar arasında 0,5 faiz, qızlar arasında 0,8 faiz olub. 20–44 yaşlılar arasında kişilərdə piylənmə səviyyəsi 5,5 faiz, qadınlarda 3,1 faiz təşkil edib. 45–64 yaş qrupunda göstərici kişilərdə 15,2 faiz, qadınlarda 17,6 faiz, 65 yaşdan yuxarı əhali arasında isə müvafiq olaraq 15,3 faiz və 22,6 faiz olub.

Araşdırma nəticələri göstərir ki, həddən artıq piylənmə halları yaş artdıqca yüksəlir və ən yüksək göstərici 65 yaşdan yuxarı qadınlar arasında qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!