Azərbaycandan Ermənistana daha bir yük göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Ermənistana daha bir yük göndərildi

İqtisadiyyat

15 İyun 2026 15:51 298


Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilir.

ADY-nin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, 7 vaqondan ibarət, çəkisi 490 ton olan buğda 15 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib. pizza mizza

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyə qədər Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!