Milli Məclisin noyabrın 16-da keçirilən plenar iclasında çıxış edən parlamentin sədri Sahibə Qafarova 2027-ci ilin dövlət büdcəsində ərazilərin yaşıllaşdırılmasının, işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi və bərpasının, eləcə də əhalinin doğma yurdlarına qayıdışının əsas prioritetlər sırasında olacağını bildirib.
"Yeni Sabah" xəbər verir ki, spiker diqqətə çatdırıb ki, süni intellekt texnologiyalarının tətbiqi, təmiz ətraf mühitin və yaşıl artımın təmin olunması da gələn ilin baş maliyyə sənədinin aparıcı istiqamətlərindəndir.
S.Qafarovanın sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə edilərək plenar iclasa tövsiyə olunub. Elektronika məhsulları
Parlamentin sədri əlavə edib ki, ənənəyə uyğun olaraq Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri və nümayəndələri də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına dəvət edilib və onlara öz fikirlərini sərbəst şəkildə ifadə etmək imkanı yaradılıb.
Nazim Hacıyev
Telegram kanalımız