Azərbaycanın alüminium ixracından gəlirləri 42,7 faiz artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın alüminium ixracından gəlirləri 42,7 faiz artıb

İqtisadiyyat

16 Sentyabr 2026 13:31 97


2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandandan 193 milyon 563,2 min ABŞ dolları dəyərində 54 677,89 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

“Yeni Sabah” Dövlət Gömrük Komitəsinin rəsmi göstəricilərinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən satılan alüminiumun həcmi 13,79 faiz (6 627,35 ton), gəliri isə 42,77 faiz (57 milyon 988,79 min dollar) çoxalib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk 8 ayında 135 milyon 574,41 min dollar dəyərində 48 050,54 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunmuşdu. Sezar pizza

Hesabat dövründə alüminium ixracı ölkənin ümumi ixracında 0,89 faiz, qeyri-neft sektoru üzrə ixracda isə 3,08 faiz paya sahib olub. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 0,79 faiz və 5,65 faiz təşkil edirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!