2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın şəkər ixracında kəskin artım qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə ölkədən 146 min 923,57 ton şəkər ixrac edilib ki, bunun da statistik dəyəri 91 milyon 92,50 min ABŞ dolları təşkil edib. Bu göstərici ümumi ixracın 0,42 faizini, qeyri-neft sektoru üzrə ixracın isə 1,45 faizini təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə ölkədən 39 milyon 504,58 min dollar dəyərində 55 min 477,17 ton şəkər ixrac olunmuşdu. Həmin dövrdə şəkər ixracı ümumi ixracın 0,23 faizinə, qeyri-neft sektoru üzrə ixracın isə 1,65 faizinə bərabər idi. Dominos pizza
Beləliklə, cari ilin ilk 8 ayında şəkər ixracı fiziki çəki baxımından təxminən 2,6 dəfə, dəyər ifadəsində isə 2,3 dəfədən çox artaraq qeyri-neft məhsullarının ixracında payını əhəmiyyətli dərəcədə artırıb.
Cəlalə
Telegram kanalımız