Ölkənin xalis xarici aktivlərində hiss olunacaq dərəcədə yüksəliş qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında xalis xarici aktivlərin ümumi həcmi 32 milyard 462.2 milyon manata çatıb. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin analoji dövründə bu göstərici 27 milyard 4.3 milyon manat səviyyəsində idi. Beləliklə, xalis xarici aktivlər illik müqayisədə 20.2% və ya 5 milyard 457.9 milyon manat çoxalaraq 5.5 milyard manata yaxın artım nümayiş etdirib.
Eyni zamanda, daxili aktivlərdə də müsbət dinamika müşahid olunub. Cari ilin ilk 8 ayının yekunlarına görə, xalis daxili aktivlər 22 milyard 515.7 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə (20 milyard 762.6 milyon manat) müqayisədə bu göstəricidə 8.4% (1 milyard 753.1 milyon manat) artım qeydə alınıb. pizza mizza
Telegram kanalımız