Azərbaycanın xarici maliyyə aktivləri 3,3 milyard dollar çoxalıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın xarici maliyyə aktivləri 3,3 milyard dollar çoxalıb

İqtisadiyyat

16 Sentyabr 2026 16:55 101


2026-cı ilin yanvar-iyun aylarının yekunlarına əsasən, Azərbaycanın xalis xarici maliyyə aktivlərində 3,3 milyard ABŞ dolları həcmində artım qeydə alınıb.

“Yeni Sabah” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin 1-ci yarımili üzrə açıqladığı Tədiyə balansı hesabatına istinadla xəbər verir. Xarici aktivlərin yüksəlməsi əsasən xaricə yatırılan birbaşa investisiyalar (4,3 milyard dollar) hesabına baş verib. Hesabat dövründə portfel investisiyaları üzrə 0,3 milyard dollar, digər investisiya növləri üzrə isə 0,7 milyard dollar azalma müşahidə olunub.

Hesabat dövründə ölkənin xalis xarici maliyyə öhdəliklərində isə 0,3 milyard dollarlıq artım şəkillənib. Bu göstərici digər investisiyalar (2,4 milyard dollar) və neft bonusu (0,4 milyon dollar) hesabına formalaşıb, xaricdən cəlb edilən birbaşa investisiyalar (-0,1 milyard dollar) və portfel investisiyalarında (-2 milyard dollar) isə azalma qeydə alınıb. Birbaşa xarici investisiyalar (BXİ) xətti ilə xalis xarici maliyyə aktivləri 4,3 milyard dollar artıb, xalis xarici maliyyə öhdəlikləri isə 0,1 milyard dollar geriləyib. Yarımil ərzində xarici ölkələrdən Azərbaycana daxil olan birbaşa sərmayələrin ümumi həcmi 3,7 milyard dollar, ölkəmizdən xarici iqtisadiyyatlara yönəldilən BXİ-nin məbləği isə 5 milyard dollar təşkil edib. pizza mizza

Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların strukturunda əsas pay - 76,1 faiz neft-qaz sektorunun payına düşüb. Bununla belə, qeyri-neft-qaz sektoruna cəlb olunan BXİ-nin həcmində də artım qeydə alınıb. Bu göstərici 19,6 faiz yüksələrək 0,9 milyard dollara çatıb. Həmin vəsaitin 0,3 milyard dolları ölkə iqtisadiyyatından əldə olunan gəlirlərin təkrarən investisiya edilməsi hesabına reallaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!