Gənc model Xədicə Rəhimova vəfat edib.
“Yeni Sabah” xəbər verir ki, 2006-cı il təvəllüdlü Xədicə Rəhimova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Gəncə şəhər 16 nömrəli tam orta məktəbin məzunu Xədicəyə 14 yaşında xərçəng diaqnozu qoyulub. Valideynləri ilk vaxtlar ağır diaqnozu ondan gizlədiblər. pizza sifarişi
Məlumata görə, Xədicə altı il ərzində xəstəliklə mübarizə aparıb. O, 14 kimyaterapiya kursu keçib. İki ildən sonra şişin yayılmasının qarşısını almaq məqsədilə sol ayağı amputasiya edilib.
Bütün çətinliklərə baxmayaraq, Xədicə ruhdan düşməyib və modellik fəaliyyətinə başlayıb. O, öz həyat hekayəsi ilə xərçəng xəstəliyi ilə mübarizə aparan insanlara ümid və motivasiya verməyə çalışıb.
Lakin bir müddət sonra bədxassəli şiş onun qoluna da yayılıb. Daha bir amputasiya əməliyyatı planlaşdırılsa da, həkimlər müdaxilə etməzdən əvvəl Xədicə Rəhimova 20 yaşında vəfat edib.
Telegram kanalımız