Azərbaycanlı müğənni İsraildəki sığınacaqda -   “Gizlənmişik, göydə raketlər uçur...”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı müğənni İsraildəki sığınacaqda - “Gizlənmişik, göydə raketlər uçur...”

Şou

07 Oktyabr 2023 14:01 1124


Müğənni Samirə Əfəndi Tel-Aviv şəhərində çətin vəziyyətdə qalıb.

Yenisabah.az xəbər verir ki, oktyabrın 6-da İsraildə konsert verən müğənni HƏMAS hərəkatının İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başlamasından sonra anası, xalası və meneceri ilə birlikdə qonaq olduğu məkandan çıxa bilməyib.

“Səhər 6:30-dan həyəcan siqnalı verilib, sığınacaqdayıq, gizlənmək tapşırılıb. Göydə raketlər uçur. Sabah uçmalı idik, buradan çıxış yolu axtarırıq”, - deyə Samirə Əfəndi 15 minlik “İnstagram”  hesabında məlumat verib.  Dominos pizza

Xatırladaq ki, Samirə Əfəndi Avroviziya-2021-də Azərbaycanı təmsil edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!