Azərbaycanlı müğənnini cəbhəyə aparırlar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı müğənnini cəbhəyə aparırlar

Şou

21 Oktyabr 2020 15:27 2505


Müğənni Vüqar Muradov cəbhəyə xidmətə yollanır.

Yenisabah.az xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkə hesabında məlumat verib:

''Qiymətli dostlarım, mən sabah cəbhəyə xidmətə yola düşürəm. Kim əsgərə pay göndərmək istəyirsə sizin adınızdan əsgər yoldaşlarıma apara bilərəm. Siqaret, ərzaq və ya lazım olan nə varsa dəstək ola bilərsiniz''. pizza mizza

Qeyd edək ki, müğənni bir neçə gün öncə qonaq olduğu proqramda cəbhəyə getmək istəsə də aparmadıqları üçün gileylənmişdi:

Səfərbərliklə bağlı mən də Qax hərbi komissarlığına getdim ki, mənə də ehtiyac olarsa aparın. Bir həftə, on gün gözlədim gördüm səs çıxmır, yaşıma görə aparmadılar. Dedim ki, yaxşı sürücülük qabiliyyətim var, nəsə yük daşıyım, əsgərə dayaq olum. Qapıdan qovdular, bacadan girdik. Axırda dedilər gedin, ay bala, nə istəyirsiniz? Namusuma, şərəfimə and olsun ki, əsgərin ayağını yumağa belə hazıram, təki aparsınlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!