Azərbaycanlılar gecə-gündüz bunu axtarır – Ən çox maraq göstərilən xəstəliklər   SİYAHISI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar gecə-gündüz bunu axtarır – Ən çox maraq göstərilən xəstəliklər SİYAHISI

Maraqlı

08 Oktyabr 2026 19:25 69


İnsanlar sağlamlıqları ilə bağlı narahatlıq yarandıqda ilk növbədə internetə üz tuturlar. Baş ağrısından təzyiqə, şəkərdən qalxanabənzər vəzə qədər müxtəlif xəstəlik və əlamətlərlə bağlı axtarışlar gündəlik internet istifadəsinin bir hissəsinə çevrilib.

İnsanların hansı sağlamlıq mövzularına daha çox maraq göstərdiyini “Google Trends” vasitəsilə izləmək mümkündür. “Google Trends” “Google”da edilən axtarışların müəyyən hissəsi əsasında müxtəlif mövzulara olan nisbi marağı göstərir. Sistem axtarışları anonimləşdirir, qruplaşdırır və nəticələri 0-dan 100-ə qədər şkalada təqdim edir.

“Yeni Sabah”ın araşdırmasına görə, Azərbaycanda sağlamlıqla bağlı internet axtarışlarında insanların gündəlik həyatda qarşılaşdığı əlamətlər və geniş yayılmış tibbi terminlər xüsusi yer tutur. Sezar pizza

Bunların sırasında “baş ağrısı”, “təzyiq”, “şəkər”, “vitamin D”, “qalxanabənzər vəz”, “ürək”, “mədə ağrısı”, “bel ağrısı”, “qan azlığı” və müxtəlif digər sağlamlıq mövzuları diqqət çəkir. Xüsusilə simptom xarakterli axtarışlar insanların internetdə öz şikayətlərinin səbəbini öyrənməyə çalışdığını göstərir. Məsələn, “baş ağrısı niyə olur?”, “təzyiq qalxanda nə etməli?”, “şəkərin əlamətləri”, “vitamin D çatışmazlığının əlamətləri” kimi suallar konkret xəstəlik adından daha çox gündəlik narahatlıq üzərindən formalaşır.

Baş ağrısı, təzyiq, şəkər...

Sağlamlıqla bağlı axtarışların mühüm hissəsini gündəlik həyatda geniş rast gəlinən şikayətlər təşkil edir.

“Baş ağrısı” kimi ifadələr insanın birbaşa hiss etdiyi əlaməti internetdə araşdırmasına nümunədir. Eyni hal “mədə ağrısı”, “bel ağrısı”, “başgicəllənmə”, “ürəkbulanma”, “yorğunluq” və digər simptomlarla bağlı axtarışlarda da özünü göstərir.

Digər tərəfdən “təzyiq”, “şəkər”, “qalxanabənzər vəz” kimi terminlər artıq konkret tibbi mövzulara marağı əks etdirir.

Vitamin və qida maddələri ilə bağlı axtarışlar da sağlamlıq mövzularında ayrıca istiqamət təşkil edir. “Vitamin D”, “B12”, “maqnezium”, “dəmir” kimi sözlər insanların müxtəlif əlamətlərin səbəblərini və orqanizmdə hansı maddələrin rol oynadığını öyrənmək istəyindən xəbər verir.

Axtarış xəstəlik demək deyil

Burada mühüm məqam ondan ibarətdir ki, “Google Trends”də müəyyən sözün çox axtarılması həmin xəstəliyin Azərbaycanda daha geniş yayıldığı anlamına gəlmir. Məsələn, bir insan “şəkər xəstəliyinin əlamətləri” ifadəsini sadəcə özündə yaranan bir narahatlığa görə axtara bilər. Başqa bir istifadəçi isə həmin sözü yaxın qohumu və ya tanışı ilə bağlı axtara bilər. “Google” özü də “Trends” məlumatlarının sorğu olmadığını və yalnız axtarış marağını əks etdirdiyini bildirir. Bu səbəbdən “Google Trends” nəticələrinə əsasən Azərbaycanda hansı xəstəliklərin daha çox yayıldığı barədə nəticə çıxarmaq düzgün deyil. Bu rəqəmlər tibbi diaqnoz deyil. Onlar sadəcə internet istifadəçilərinin sağlamlıqla bağlı marağının hansı istiqamətdə olduğunu göstərən rəqəmsal göstəricidir.

 Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!