Pəncərədən və ya balkondan küçəyə baxın. Yoldan keçən hər 10 maşından 9-u ya qara, ya da ağ rəngdədir. Azərbaycanlılar avtomobil alarkən niyə bu 2 rəngə üstünlük verir?
Psixoloq Azad İsazadə "Yeni Sabah"a insanların rəng və çalar seçimindən danışarkən bildirib ki, qadınlar daha çox parlaq və diqqətçəkən rənglərə üstünlük verirlər.
“Kişilər isə əsasən qara, boz, göy kimi daha tünd rəngləri seçirlər. Bu seçimlərə cəmiyyətin formalaşdırdığı stereotiplər də təsir göstərir. pizza
İnsanlar bəzən geyimlərinə görə digərləri haqqında müəyyən təsəvvür də formalaşdırırlar. Kişilər arasında geyim vasitəsilə diqqət çəkmək hər zaman müsbət qarşılanmadığından, daha çox davranış və şəxsi keyfiyyətlərin ön plana çıxırlar.
Son illərdə gənclər arasında daha rəngarəng geyimlərə maraq artsa da, yeniyetmələr arasında qara və digər tünd rənglərə maraq hələ də qalmaqdadır. Bunun səbəbləri arasında musiqi zövqü, oyunlar və sosial mühitin təsiri göstərilir.
Bəzi insanların müəyyən rənglərdən istifadə etməməsinin psixoloji səbəbləri də ola bilər. Daha çox diqqət çəkmək istəyən insanlar fərqli və parlaq rənglər seçə, diqqət mərkəzində olmaq istəməyənlər isə daha sadə rənglərə üstünlük verə bilərlər.
Elələri də olur ki, öz fərdiliyini nümayiş etdirmək üçün adamlar ətrafdakılardan fərqli rənglər seçirlər. Bununla belə, insanların əksəriyyəti cəmiyyətdən çox fərqlənməməyə və ümumi geyim tendensiyalarına uyğunlaşmağa çalışır”.
Aytəkin Əzizqızı
Telegram kanalımız