“Azercell” tətbiqində abunəçilərə özəl təkliflər!

saytların hazırlanması

Evə çatdırılma

“Azercell” tətbiqində abunəçilərə özəl təkliflər!

Rəqəmsal

10 Yanvar 2025 12:42 1012


Abunəçilərinə ən yaxşı rəqəmsal  təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür. 

Bu yenilik Müştəri Dəyərinin İdarəedilməsi platformasının “Azercell” tətbiqi ilə inteqrasiyası nəticəsində ərsəyə gəlib. Belə ki, abunəçilər özəl təklif və kampaniyalarla “Üstünlüklər” bölümündə tanış ola bilərlər. Burada həm tətbiq istifadəçilərinin, həm də abunəçilərin fərdi ehtiyaclarına uyğun hazırlanmış xüsusi təkliflər əks olunur. Sadələşdirilmiş aktivasiya isə onlardan yalnız SMS vasitəsilə deyil, həm də platforma üzərindən yararlanmaq imkanı verir. 

Xatırladaq ki, “iOS” və “Android” sistemlərini dəstəkləyən müştəri-yönümlü “Azercell” tətbiqini “AppStore” və ya “Google Play”dən yükləmək mümkündür. Dominos pizza

Ətraflı məlumat üçün: https://www.azercell.com/az/


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!