“Azercell“ yeni “iPhone“ alanlara limitsiz internet hədiyyə edəcək
18 Okt 2019 16:50
206

“Azercell“ yeni “iPhone“ alanlara limitsiz internet hədiyyə edəcək

Azərbaycanın mobil rabitə operatoru olan “Azercell Telekom” şirkəti “iPhone 11”, “iPhone 11 Pro” və “iPhone Pro Max” əldə edən abunəçilərə altı aylıq limitsiz internet paketi hədiyyə edəcək.

“Azercell”dən "Yeni Sabah"a daxil olan məlumata görə, “Apple” şirkətinin Azərbaycandakı yeganə rəsmi telekom tərəfdaşı olan “Azercell Telekom” şirkəti “iPhone” brendinin pərəstişkarlarını yeni kampaniya ilə sevindirməyə tələsir. Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell” ən qabaqcıl texnologiyaları və istifadə rahatlığını özündə birləşdirən yeni “iPhone” modellərinin təqdim etdiyi imkanlardan yararlanmaq üçün abunəçilərə əvəzolunmaz fürsət verir.

Oktyabr ayının 18-dən etibarən “Azercell”in eksklüziv mağazalarında “iPhone 11”, “iPhone 11 Pro” və “iPhone Pro Max” telefonlarını əldə edən hər bir abunəçiyə altı ay ərzində limitsiz internet paketi hədiyyə olunacaq.

Rəqəmsal Dünyanın ən son yeniliklərini Azercell ilə kəşf edin!

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/devices/newiphone səhifəsinə daxil olun.

Oxşar xəbərlər