Azercell yeni Wi-Fi cihazını təqdim edir -   MÖHTƏŞƏM YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

Azercell yeni Wi-Fi cihazını təqdim edir - MÖHTƏŞƏM YENİLİK

Sosial

10 Sentyabr 2024 13:02 325


4G modem alan hər kəsə 55Gb internet hədiyyə olunur.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan “Azercell Telekom” MMC yeni Wi-Fi cihazını təqdim edir.

Yenisabah.az xəbər verir ki, xüsusi kampaniya çərçivəsində Wi-Fi modem alan hər kəsə Fakturasız xətt data nömrə və 55GB həcmində internet paketi (istifadə müddəti 30 gün) hədiyyə olunur.  Yeni modemi 159 AZN-ə əldə etmək mümkündür. Dördpendirli pizza

64-ə qədər cihazın eyni anda yüksək sürətli internetə qoşulmasını təmin edən bu modem smartfon, kompüter, noutbuk, planşet, printer, televizor və s. bu kimi cihazları dəstəkləyir. Yeni 4G Wi-Fi modem ev və  ofis ilə yanaşı, istirahət zamanı portativ internetə ehtiyacı olan istifadəçilər üçün də ideal bir həlldir. Belə ki, cihaz 90 metrlik radiusda stabil internetə qoşulma imkanı təqdim edir. 

Kampaniyadan faydalanmaq istəyən abunəçilər ən yaxın Azercell satış məntəqəsinə müraciət edə bilərlər. 

Ətraflı məlumat üçün veb-səhifəyə keçid etməyiniz xahiş olunur.

Azercell-in yeni Wi-Fi kampaniyasına qoşularaq yüksək sürətli internet təcrübəsindən yararlanın!

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!