“Azəriqaz”dan Xırdalandakı partlayışla bağlı  MƏLUMAT
25 Yan 2021 21:58
392

“Azəriqaz”dan Xırdalandakı partlayışla bağlı MƏLUMAT

"Azəriqaz" İstehsalat Birliyi Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, qurumdan verilən məlumata görə, ərazidən Birliyin balansında olan hər hansı yeraltı qaz kəməri keçmir.

Məlumata görə, fərdi yaşayış evinin daxilində baş verən partlayış müvafiq qurumlar tərəfindən araşdırılacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər