“AzSığorta”nın göstəricilərində mənfi dinamika

saytların hazırlanması

Evə çatdırılma

“AzSığorta”nın göstəricilərində mənfi dinamika

İqtisadiyyat

25 Sentyabr 2026 14:36 82


2026-cı ilin yanvar-avqust aylarının nəticələrinə əsasən, “AzSığorta” ASC-nin fəaliyyətində sığorta haqlarının azalması və ödəniş həcminin yüksəlməsi müşahid olunub.

“Yeni Sabah” xəbər verir ki, cari ilin ilk 8 ayında şirkət tərəfindən 5 milyon 206 min manat sığorta haqqı toplanıb. Ötən ilin analoji dövründə bu rəqəm 5 milyon 732 min manat səviyyəsində idi. Beləliklə, cəlb olunan yığımlarda illik müqayisədə 526 min manatlıq (və ya 9,18%) geriləmə baş verib.

Yığımların azalmasına rəğmən, müştərilərə edilən ödənişlərin həcmində artım qeydə alınıb. Şirkət yanvar-avqust ərzində 1 milyon 247 min manat sığorta ödənişi həyata keçirib ki, bu da 2025-ci ilin müvafiq göstəricisindən (1 milyon 200 min manat) 47 min manat və ya 3,92% çoxdur. Dördpendirli pizza

Mövcud tendensiya - yığımların aşağı düşməsi və ödənişlərin pişiklənməsi -cəmiyyətin zərərlilik göstəricisinə (ödəniş/yığım nisbətinə) mənfi təsir edib. Əgər ötən ilin ilk 8 ayında “AzSığorta” topladığı hər 100 manatlıq yığımın 20,94 manatını ödənişlərə xərcləyirdisə, bu ilin eyni dövründə sözügedən rəqəm 23,95 manata yüksəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!