Müğənni Sevinc-Sevil Səfərova bacıları yeni mənzil alıblar.
“Yeni Sabah” xəbər verir ki, bacılar canlı yayımda bildiriblər ki, hazırda kirayədə yaşayırlar:
“Bu gün qazandıqlarımız ailəmiz üçün çoxdur. Yazırlar ki, 5 evləri var. Görəsən hardadı o evlər? Başlayıram axtarmağa ki, bəlkə anam bizdən gizlin alıb? Saydıqları qədər evimiz yoxdur. Amma ağlamıram, şükürlər olsun ki, evimiz, maşınımız da var. Masallıdakı həyət evi atama aiddir. Atam da dünyasını dəyişəndən sonra bu mənzil qardaşımın adına keçir. Yəni o atamın qazandığıdır. Bizə aidiyatı yoxdur. Sulutəpədəki ev də atama məxsusdur. Mərdəkanda torpaq almışdıq, Toliklə qonşu idik, sonra onunla dalaşdıq, oranı satdım. Aldığımız qiymətə satdıq və özümüzə yeni ev aldıq. Anam və ikimiz bir yerdə, qardaşım isə ailəsi ilə ayrı evdə qalır. Hazırda kirayədə yaşayırıq. Çünki yeni evimizdə təmir gedir”./Lent.az Pepperoni pizza
Telegram kanalımız