Bahar Muradova İrana gedib

saytların hazırlanması

Evə çatdırılma

Bahar Muradova İrana gedib

Sosial

20 Yanvar 2023 16:38 1315


Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Tehranda keçirilən Nüfuzlu Qadınların I Beynəlxalq Konqresi iştirak edir.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, tədbirdə müxtəlif ölkələrin hökumət başçılarının xanımları, habelə qadın və ailə məsələləri üzrə qurumların rəhbərləri toplaşıb. Ümumən tədbirə 300 xarici qonaq, o cümlədən nazirlər, vitse-prezidentlər və millət vəkilləri də daxil olmaqla, 70 qadın məmur və fəal qatılıb.

Konqresə Azərbaycandan başqa, Ermənistan, Şri-Lanka, Burkina Faso, Niger, Qvineya, Qırğızıstan, Serbiya prezidentləri və baş nazirlərinin xanımları, habelə bir neçə eks-prezidentin həyat yoldaşı, Suriya prezidentinin xüsusi nümayəndəsi, Türkmənistan Qadınlar Birliyinin Mərkəzi Şurasının rəhbəri iştirak edir. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!