Bakı buxtasında həyəcan siqnalı? – Dənizin səthində....

saytların hazırlanması

Evə çatdırılma

Bakı buxtasında həyəcan siqnalı? – Dənizin səthində....

Sosial

14 Sentyabr 2026 16:08 79


Bakı buxtasının Dənizkənarı Milli Park ərazisinə düşən hissəsində su səthinin müxtəlif tullantılardan və neft qalıqlarından təmizlənməsi işləri davam etdirilir.

Bu barədə "Yeni Sabah"a Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.

Bildirilib ki, işlər Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən edilmiş tapşırıqlar çərçivəsində həyata keçirilir. Toyuqlu pizza

Tədbirlər Dənizkənarı Bulvar İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti arasında bağlanmış müvafiq müqaviləyə əsasən aparılır.

İşlər çərçivəsində FHN-in Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti tərəfindən su səthində toplanan neft ləkələri və müxtəlif tullantılar, eləcə də sahilyanı ərazilər təmizlənir.

Qeyd olunub ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi və bəzi ərazilərdə dayazlaşmanın müşahidə edilməsi ilə əlaqədar təmizlik işləri zamanı xüsusi qurğu və avadanlıqlardan istifadə olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!