Bakı İstintaq Təcridxanasında həbs edilmiş şəxsə göndərilən sovqatdan mobil telefon və elektrik qidalandırıcısı aşkarlanıb.
"Yeni Sabah" xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qadağan olunmuş əşyaların penitensiar müəssisəyə keçirilməsinə cəhdin qarşısı alınıb.
Belə ki, təcridxanada saxlanılan şəxs üçün tanışı tərəfindən gətirilən sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilib. pizza mizza
Faktla bağlı araşdırma aparılır.
Ədliyyə Nazirliyi bir daha vətəndaşların diqqətinə çatdırıb ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur.
Aytac Əliyeva
Telegram kanalımız