Mərkəzi Bank (AMB) yeni inzibati binanın istismarı və cari təminatı ilə bağlı işlər həyata keçirir. Qurum tərəfindən həyata keçirilən son üç layihə üzrə ümumilikdə 245 min manatdan çox vəsaitin xərclənməsi nəzərdə tutulur.
“Yeni Sabah” xəbər verir ki, xərclərin əsas hissəsi yeni binanın maddi-texniki təchizatına yönəldiləcək. Mərkəzi Bank yeni inzibati bina üçün illik ehtiyat materiallarının satın alınmasına 158 min 483 manat, müxtəlif santexnika mallarının tədarükünə isə 19 min 312 manat vəsait ayırıb.
Bununla yanaşı, Qurum baş ofisin həyətyanı sahəsində küləyin təsirinin qiymətləndirilməsi, xüsusi küləkqırıcı həllərin layihələndirilməsi və müvafiq işlərin icrası məqsədilə 67 min 206 manat dəyərində vəsait ayırıb. Dominos pizza
Telegram kanalımız