“Bakı Sağlamlıq Mərkəzi” Publik Hüquqi Şəxsi tibb müəssisəsinin elektron mərkəzi bazasının təhlükəsizliyi və məlumatların saxlanılması sisteminin texniki dəstəyi üçün yeni satınalma həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, mərkəzdə mövcud olan “HPE MSA 2060 FC” saxlama sistemi üçün 3 illik (“9x5 Business Hours Support”) lisenziya xidmətləri satın alınacaq. Bu xidmət tibbi məlumatların saxlandığı server infrastrukturunun fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin edəcək.
Prosesin həyata keçirilməsi üçün nəzərdə tutulan məbləğin ümumi maliyyə dəyəri 14 min 322 manat təşkil edir. Toyuqlu pizza
Telegram kanalımız