Metro xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə aparılmış təhlillərə əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) dəstəkləyici tədbirləri çərçivəsində ekspres marşrut xətti təşkil edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Metronun "Elmlər Akademiyası" və "Nizami" stansiyalarıdan "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov" stansiyaları istiqamətində artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 13-dən M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq. pizza hut
Avtobusların metronun "Elmlər Akademiyası" stansiyasındakı dayanacağı Hüseyn Cavid prospekti, "Həzi Aslanov" stansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib.
Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.
Telegram kanalımız