Bakı və Afina arasında gömrük əməkdaşlığı genişlənir

saytların hazırlanması

Evə çatdırılma

Bakı və Afina arasında gömrük əməkdaşlığı genişlənir

İqtisadiyyat

02 Oktyabr 2026 14:54 205


Afinada Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası çərçivəsində iki ölkənin gömrük qurumlarının nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev və Yunanıstanın Müstəqil Dövlət Gəlirləri Qurumunun Gömrük və Aksizlər üzrə Baş Direktorluğunun rəhbəri Dimitrios Bourikosun başçılıq etdiyi görüşdə qabaqcıl təcrübə mübadiləsi və əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş zamanı Yunanıstan tərəfi rəqəmsallaşma, modern idarəetmə və risk əsaslı gömrük modeli barədə məlumat verib. Öz növbəsində Yunanıstan təmsilçiləri Azərbaycan Gömrük Xidmətinin gömrük prosedurlarının müddətinin ölçülməsi və təhlili (TRS) sahəsindəki təcrübəsinə böyük maraq göstəriblər. pizza sifarişi

Bundan başqa, görüşdə kinoloji xidmətin inkişafı, Ümumdünya Gömrük Təşkilatı çərçivəsində tərəfdaşlıq, gömrük akademiyaları arasında əlaqələrin qurulması və səlahiyyətli iqtisadi operatorlar üzrə təcrübə mübadiləsi diqqət mərkəzində olub. Tərəflər prioritet istiqamətlər üzrə birgə İşçi Qruplarının yaradılması və ikitərəfli Fəaliyyət Planının hazırlanması barədə razılığa gəliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!