Nazirliyin dəstəyi ilə mühüm tədbir

saytların hazırlanması

Evə çatdırılma

Nazirliyin dəstəyi ilə mühüm tədbir

İqtisadiyyat

20 Oktyabr 2026 15:38 73


Oktyabrın 22-də Maliyyə Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının rəsmi tərəfdaşlığı və Maliyyə Nazirliyinin dəstəyi ilə “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” mövzusunda konfrans təşkil olunacaq.

“Yeni Sabah” xəbər verir ki, dövlət qurumları, özəl sektor və ictimai təşkilat təmsilçiləri ilə yanaşı peşəkar mühasiblərin qatılacağı tədbirdə dövlət maliyyəsinin rəqəmsallaşdırılması, maliyyə məlumatlarının səmərəli idarə edilməsi, şəffaflıq və hesabatlılığın gücləndirilməsi kimi vacib məsələlər diqqət mərkəzində olacaq. Konfrans çərçivəsində “Dövlət maliyyəsinin rəqəmsallaşdırılması: Sistemlərarası inteqrasiya və yeni idarəetmə modeli” və “Dövlət maliyyəsinin məlumat idarəetməsində dayanıqlığın təmin edilməsi” mövzularında iki panel sessiya keçiriləcək. Panellərdə dövlət maliyyəsinin vahid rəqəmsal idarəetmə modelinə keçidi, fiskal siyasətin rəqəmsallaşdırılması, təhlükəsiz rəqəmsal ödəniş infrastrukturu, məlumatlara əsaslanan audit və analitik yanaşmaların tətbiqi, dövlət satınalmalarında rəqabət mühitinin qiymətləndirilməsi və risklərin erkən müəyyən olunması kimi prioritet mövzular ətrafında fikir mübadiləsi aparılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!