İzzət Bağırov: “Başına silah dirəsən də, oxumaz”

saytların hazırlanması

Evə çatdırılma

İzzət Bağırov: “Başına silah dirəsən də, oxumaz”

Şou

20 Oktyabr 2026 16:20 115


İzzət Bağırov övladlarının musiqiyə marağının azaldığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, o, “Qonaqcanlı” proqramında böyük oğlunun əvvəllər müğənniliklə məşğul olduğunu, hazırda isə bu sahəyə maraq göstərmədiyini etiraf edib.

İ.Bağırov əkiz övladlarının da əvvəl musiqiyə həvəsli olduğunu, lakin indi fikirlərinin dəyişdiyini deyib: pizza

“İndi oğlumun başına silah dirəsən də, oxumaz. İndi öz işləri ilə məşğuldur. Dərsləri, kitabları, idman... Oğlum 11-ci sinfi bitirib. Əkizlərimin gələn ay yubileyidir, 15 yaşları olur. Əvvəl musiqiyə maraqları var idi, amma indi istəmirlər. Mehdinin gözəl səsi var, amma otağa girib gizli oxuyur”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!