Bakıda fərdi yaşayış evində gizli fəaliyyət göstərən qanunsuz spirtli içki istehsalı sexi ifşa olunub.
“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Xəzər rayonunun Xaşaxuna bağları ərazisində keçirilən operativ tədbir zamanı saxta aksiz markalı alkoqollu içkilərin hazırlanması və satışı faktı müəyyən edilib.
Məlum olub ki, mənzil sahibi Məmməd Tapdıqov evi şifahi razılaşma əsasında Elnur İsmayılova icarəyə verib. E.İsmayılov isə burada heç bir sanitariya norma və standartlarına əməl etmədən, Kustar üsulla spirtli içki istehsalı təşkil edib. pizza sifarişi
Baxış zamanı obyektdən saxta aksiz markası vurulmuş 600-dən çox (516 ədəd 0.7 litrlik, 74 ədəd 1.0 litrlik və 10 ədəd 0.5 litrlik) “ORGANIC SOFT” adlı alkoqollu içki, eləcə də ümumiyyətlə aksiz markası olmayan 126 ədəd spirtli içki götürülüb. Həmçinin sexdə 124 ədəd saxta aksiz markası, qapaqbağlama avadanlığı, müxtəlif etiketlər, tıxaclar və boş şüşə qablar aşkarlanıb.
Arayış zamanı obyektdə 3 nəfərin əmək müqaviləsi olmadan qanunsuz çalışdırıldığı da ortaya çıxıb. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri məhsullardan laborator müayinə üçün nümunələr götürüblər.
Faktla bağlı araşdırmalar davam etdirilir. DVX bir daha bəyan edir ki, saxta aksizli və ya aksizsiz malların istehsalı və satışı qanunla qadağandır və bu cür qanunsuz hallara karşı mübarizə qətiyyətlə sürdürüləcək.
Cəlalə Cəlalqızı
Telegram kanalımız