Türkiyəli müğənni Ferhat Göçer Bakıda konsert proqramı ilə çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, Eyyub Hüseynzadənin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında keçirilən konsertdə sənətçi sevilən mahnılarını səsləndirib.
Təxminən iki saat davam edən gecədə müğənni Azərbaycan-Türkiyə qardaşlığından danışıb, tamaşaçılarla səmimi söhbət edib. Dördpendirli pizza
Konsertin sonunda Ferhat Göçerin “Ey, Əziz Anam, Azərbaycan” əsərini ifa etməsi tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Qeyd edək ki, bu, Eyyub Hüseynzadənin təşkilatçılığı ilə keçirilən sayca dördüncü Ferhat Göçer konserti olub.
Telegram kanalımız