Havalar belə davam etsə, bizi nə gözləyir? –   Həkimdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Havalar belə davam etsə, bizi nə gözləyir? – Həkimdən açıqlama

Sağlamlıq

20 Oktyabr 2026 15:43 208


Oktyabr ayında havanın temperaturunun mövsüm normasından yüksək olması və payızın mülayim keçməsi insanların sağlamlığı ilə bağlı suallar yaradır. Bəs belə hava şəraiti hansı şəxslər üçün risklidir? Temperaturun qəfil dəyişməsi təzyiq, ürək-damar sistemi və tənəffüs yolları ilə bağlı problemləri olan insanlara necə təsir edir?

Terapevt Rasif Bağırov “Yeni Sabah”a açıqlamasında bildirib ki, oktyabr ayında müşahidə olunan mülayim hava şəraitinin özlüyündə ciddi sağlamlıq problemlərinə səbəb olacağı gözlənilmir.Onun sözlərinə görə, bu ay ərzində temperatur əsasən 18-25 dərəcə arasında dəyişib və kəskin temperatur fərqləri müşahidə olunmayıb. Həmçinin atmosfer təzyiqində ciddi dəyişikliklərin olmaması da narahatlıq üçün əsas yaratmır.

Həkim qeyd edib ki, payız fəslinin gəlişi ilə əlaqədar orqanizmin müəyyən tələbatları yaranır. Bu dövrdə immun sisteminin güclü saxlanılması vacibdir. Pepperoni pizza

R.Bağırovun sözlərinə görə, viruslar ilin istənilən fəslində yayıla bilər. Lakin orqanizmin müqaviməti zəiflədikdə onların yaratdığı xəstəlik əlamətləri daha qabarıq şəkildə özünü göstərə bilər.

Terapevt bildirib ki, hazırkı mülayim hava şəraitindən ciddi xəstəlik və ya narahatlıq gözləməyə əsas yoxdur. Bununla belə, sağlamlığın qorunması üçün orqanizmin ehtiyaclarına diqqət yetirmək lazımdır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!