Polisin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlərlə daha 25 əcnəbi saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.
2024-cü ilin əvvəlindən keçirilən tədbirlərlə ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 127 əcnəbi vətəndaş müəyyən edilib və barələrində müvafiq tədbirlər görülüb. Dördpendirli pizza
Telegram kanalımız