Bakıda 3 milyonluq “köhnə tikili”  –   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 3 milyonluq “köhnə tikili” – FOTOLAR

Sosial

23 Noyabr 2024 12:33 2148


Elan saytlarında fantastik qiymətə satışa çıxarılan daşınmaz əmlakların sayı gündən-günə artır. Qiymətləri milyon manatlarla təklif olunan mənzil və evlər alıcıların ciddi marağına səbəb olur.

Ümumən son vaxtlar Bakının mərkəzində (“İçərişəhər”, “Sahil”, “28 May” metrostansiyaları və Nizami küçəsinin yaxınlığı) satışa çıxarılan evlərin sayı və alıcı kütləsi xeyli artıb. Daşınmaz əmlak bazarında günbəgün özünü göstərən sürətli bahalaşma tendensiyası, ən uğurlu yatırım vasitəsi kimi, ev və mənzillərin alışını ön plana çıxarır. Qiymət artımı tendensiyası isə mərkəz və mərkəzəyaxın ərazilərdə daha kəskin sürətdə özünü göstərir. Hazırda ən yüksək qiymət artımı paytaxtın Səbail, Nəsimi və Nərimanov rayonlarında özünü göstərir. 

Yenisabah.az xəbər verir ki, bu qəbildən olan evlərdən biri də Nəsimi rayonu, Nizami küçəsində (Torqovıy) yerləşir. Satış saytlarının birində təklif olunan sözügedən evin qiyməti 3 milyon 400 min manatdır. 8 otaq və 500 kvadratmetr sahədən ibarət olan fərdi yaşayış evi 3 mərtəbəlidir. Bəhs edilən daşınmaz əmlak “köhnə tikili” kateqoriyasında əlavə edilib.  Dominos pizza

Sözügedən evin fotolarını təqdim edir:

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!