Bakıda - 41, rayonlarda - 43 - HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Bakıda - 41, rayonlarda - 43 - HAVA PROQNOZU

Sosial

09 Avqust 2023 12:19 756


Avqustun 10-da Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti olacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman gözlənilir. Mülayim şərq küləyi əsəcək. Dominos pizza

Havanın temperaturu gecə 23-28° isti, gündüz 36-41°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 29-34° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!