Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Yenisabah.az-a məlumat verilib.
Məlumata əsasən, avqustun 15-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 10-cu dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 550 küçədə dezinfeksiya işləri görülüb. pizza
Bildirilib ki, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcək.
Telegram kanalımız