Bakıda 550 küçə dezinfeksiya edilib  - Fotolar
29 Noy 2020 12:12
287

Bakıda 550 küçə dezinfeksiya edilib - Fotolar

Son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq noyabrın 28-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda artıq 17-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 550 küçə dezinfeksiya olunub.

BŞİH-dən Yenisabah.az-a verilən məlumata görə, görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək:

“Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər”.

Bakıda 550 küçə dezinfeksiya edilib  - Fotolar
Bakıda 550 küçə dezinfeksiya edilib  - Fotolar
Bakıda 550 küçə dezinfeksiya edilib  - Fotolar
Bakıda 550 küçə dezinfeksiya edilib  - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər