Bakıda avtoşluq edən iş adamı həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtoşluq edən iş adamı həbs olundu

Hadisə

29 Noyabr 2025 11:45 1492


Bakıda avtoxuliqanlıq edən iş adamı həbs olunub.

"Yeni Sabah" Lent.az-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında Səbail rayonu, Bayraq Meydanında qeydə alınıb.

Paytaxtda şirkətlərdən birinin direktoru olan 37 yaşlı Samir Muradov (adı və soyadı şərtidir) özünə məxsus "Ford Mustang" avtomobili ilə avtoxuliqanlıq edib. Bu zaman xidmətdə olan yol polisi əməkdaşları ona yaxınlaşaraq, irad bildiriblər. Törətdiyi pozuntu ilə bağlı ona protokol tərtib olunduğu zaman isə sürücü avtomobildən düşərək qaçıb. Toyuqlu pizza

Maşın duracağa yerləşdirilib. Törətdiyi yol hərəkəti qaydasının pozuntusuna görə Samir Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.2.3-cü (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib olunub.

Səbail Rayon Məhkəməsinin qərarı ilə o, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il məhdudlaşdırılmaqla, 15 gün müddətinə inzibati qaydada həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!