Bakıda axşam konsertləri təşkil edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda axşam konsertləri təşkil edildi

Sosial

24 Avqust 2026 10:00 46


"Nizami Gəncəvi", Nərimanov rayonundakı yeni parkda, Yasamal rayonundakı Meşə, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parklarında açıq hava konsertləri keçirilib.

"Yeni Sabah" xəbər verir ki, konsertlər Bakı şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə baş tutub.

Ötən gün sakinlərin və şəhərin çoxsaylı qonaqlarının sevimli istirahət yerlərindən olan paytaxtın bu beş istirahət məkanında növbəti dəfə kütləvi konsert proqramları təşkil edilib. Sezar pizza

Peşəkar və gənc ifaçılar, müxtəlif musiqi qruplarının iştirak etdiyi axşam konsertlərində xalq, milli və xarici estrada və klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib, Mərkəzi Nəbatat bağında təcrübəli pedaqoqlar uşaqlara ustad dəsləri keçiblər.

Axşam konsertləri gələn həftənin Şənbə günü də təşkil ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!