Bakıda baş verən dəhşətli qəzaların görüntüləri -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda baş verən dəhşətli qəzaların görüntüləri - VİDEO

Hadisə

03 Noyabr 2025 10:46 310


Bakıda baş verən dəhşətli yol qəzalarının görüntüləri yayılıb. 

"Yeni Sabah" xəbər verir ki, videoları Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paylaşıb. 

Qeyd olunub ki, ani diqqətsizlik qəzaya səbəb olur:  Toyuqlu pizza

"Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də sürücülərin ehtiyatsızlığından yaranan diqqətsizliyidir. NİİM-in müşahidə kameralarının qeydə aldığı qəzaların təhlilləri göstərir ki, sükan arxasında telefondan istifadə və ya bir anlıq belə olsa, diqqəti yayındıran hər hansı fəaliyyət yol-nəqliyyat hadisəsinə səbəb olur. Hərəkət zamanı qarşıdakı avtomobil qırmızı işıqda dayandıqda, piyadaya yol verdikdə və ya gözlənilməz maneə yarandıqda, sürücünün diqqətinin cəmi bir neçə saniyəlik yayınması qəzanı qaçılmaz edir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri bir daha diqqətli olmağa çağırır: Hərəkət zamanı sükan arxasında telefondan istifadə etməyin, fikrinizi yalnız yola və nəqliyyat vasitəsinin idarə edilməsinə yönəldin".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!