Bakıda bayram çadırları qurulur

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bayram çadırları qurulur

Sosial

02 Dekabr 2021 09:42 555


Bu gündən metrostansiyaların çıxışlarında bayram yarmarkaları üçün çadırlar qurulmağa başlanılıb.

Yenisabah.az xəbər verir ki, artıq metronun “Xalqlar dostluğu” və “28 May” stansiaylarının çıxışlarında yarmarka çadırları qurulub.

Bakı Şəhəri İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən Modern.az-a faktı təsdiqləyiblər. Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə bütün metrostansiyaların çıxışında bayram çadırları qurulacaq. pizza sifarişi

Qeyd edək ki, hər il Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il bayramı münasibətilə metrostansiyaların qarşısında bayram yarmarkaları qurulur. Ötən il isə pandemiya səbəbidən bayram yarmarkası təşkil edilməmişdi.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!